
“Monako” baş məşqçi Adi Hütteri ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub açıqlamasında Hütter və onun məşqçi heyətinə göstərdikləri xidmətə görə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Avstriyalı mütəxəssis 2023-cü ilin yayından komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında “Monako” bütün turnirlərdə 93 oyuna çıxıb. Bunlardan 49 qələbə, 18 heç-heçə və 26 məğlubiyyət qeydə alınıb.
“Monako” cari mövsümdə 7 turdan sonra 13 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.