Didye Deşam: “Azərbaycan millisinə 3 qol vurmağımız məni qane etmədi”

02:10 Fransa 287
Didye Deşam: “Azərbaycan millisinə 3 qol vurmağımız məni qane etmədi”

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.

D qrupunda yer alan komandamız Parisdə Fransa yığmasının qonağı olub. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Fransa yığmasının baş məşqçisi Didye Deşam jurnalistlərin suallarını cavablandırıb:

- Birinci hissədə gördükləriniz sizi qane edir?

- İstədiyimiz nəticəni əldə etdik. Amma xeyr, qane etmədi. Komandada yorğunluq var idi. Topun hərəkətində vertikallıq az idi. İstədiklərimizi etməyə çalışdıqda çətinlik çəkirdik. Futbolçulara demişəm ki, intensiv oynamaq lazımdır. Bunu yetərincə etmədik. Rəqibi çətinliyə sala bilmədik. Çünki yorğunluq hiss edilirdi. Sevincdən göylərə qalxmayacam. Daha çox qol vura bilərdik.

- Tovanın qol vurması haqda nə deyərdiz?

- Bizim üçün də, onun üçün də yaxşıdır. Özü üçün geridönüşdür. Qol vurmaq keyfiyyəti var. Top ayağına gəldisə, qol vurmağa çalışacaq. Məmnunam ki, qol vura bildi.

- Kilian Mbappe ayağındakı problemindən nə xəbər var? Çünki lider rolunu oynayırdı...

- Ayaqlarını çox sürətlə hərəkət etdirir. Topa toxunan kimi, sürətlənir. Lider və kapitandır. Vəziyyəti yaxşıdır. Kapitan olaraq rolu budur ki, komandaya rəhbərlik etsin. Ayağında problem var. Zərbəni də təəssüf ki, eyni yerdən aldı. Ağrısı çox idi.

- Bu cür matçlardan dərs çıxarmaq olar?

- Hər zaman dərs almaq lazımdır. Çünki fərdi və kollektiv olaraq bunu etmək lazımdır. Dərs çıxararkən, rəqibi də nəzərə almaq lazımdır. Gəlmişik işimizi görməyə .Daha yaxşısını edə bilərik.

- Nəticəni kənara qoysaq, ən çox nə xoşunuza gəldi?

- Elementar oyun idi. 7 qol imkanımız var idi, üçünü vurduq.

- 1995-ci ildə Azərbaycana qarşı oynamısız, 10:0 qalib gəlmişdiniz. Bir ildən sonra dünya çempionu oldunuz. Sizə elə gəlmir ki, Fransa yenidən bir ildən sonra dünya çempionu olacaq?

- İstəyimiz ora seçilməkdir. Azərbaycana qarşı uzun illər əvvəl olub. Səhv etmirəmsə, Oserdə oynayırdıq. O vaxtı indiki oyunçularım dünyaya gəlməmişdi. Oyunçulara vaxt vermək lazımdır, gəncdirlər.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 03:50 Azərbaycanın QAZANCI!