
“Real” və Fransa millisinin hücumçusu Kilian Mbappe “Vilyarreal”la (3:1) oyunda sağ topuq bağlarının dartılması səbəbindən bərpa kursu keçir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
26 yaşlı futbolçu bərpa prosesini həm Fransa millisinin, həm də Madrid klubunun həkimlərinin birgə nəzarəti altında keçirir.
Mbappe Fransa millisinin Azərbaycan yığması ilə oyunun ilk ümumi məşqini buraxıb. Ona fizioterapiya və yüngül zal məşqləri təyin olunub.
Mbappenin kapitanı olduğu Fransa millisi oktyabrın 10-da dünya çempionatı 2026-nın seçmə mərhələsində Parisdə Azərbaycan yığması ilə qarşılaşacaq.