“Bir oyunda pis çıxış etsən, deyəcəklər ki, sən pissən”

00:10 Fransa 99
“Bir oyunda pis çıxış etsən, deyəcəklər ki, sən pissən”

PSJ-nin hücumçusu Osman Dembele ötən günlərdə qazandığı “qızıl top” mükafatı barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 2017-ci ildə “dünyanın ən yaxşı futbolçusu olduğumu deməyəcəm” söyləyən fransalı forvard, indi də bu mövqeyini dəyişməyib:

“Ən yaxşı futbolçu” ifadəsi çox böyükdür və mənim üçün konkret mənası yoxdur. Bu status hər həftə dəyişə bilər.

Bir oyunda pis çıxış etsən, deyəcəklər ki, sən pissən. Növbəti oyunda isə ən yaxşısan. Hər iki həftədə hər şey dəyişir.

Yaxşı mövsüm keçirdikdə isə həyatının ən yaxşı mövsümü – o zaman sənin üçün “mövsümün ən yaxşı futbolçusu” mükafatı gəlir”.

Dembele vurğulayıb ki, qazandığı mükafat mövsümün ən yaxşı futbolçusu üçün verilir, ümumi dünya üzrə ən yaxşı olmaq üçün deyil.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 17:30 Çək və bizə göndər!
27 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 00:50 “Neftçi” o gün oynayacaq