Velosipeddən yıxıldı, körpücük sümüyünü sındırdı - Əməliyyatı necə bitdi?

11 Sentyabr 22:00 Fransa 85
Velosipeddən yıxıldı, körpücük sümüyünü sındırdı - Əməliyyatı necə bitdi?

PSJ-nin baş məşqçisi Luis Enrike ilə bağlı yeni məlumat yayılıb.

Bir neçə gün əvvəl ispaniyalı mütəxəssisin velosipeddən yıxılaraq körpücük sümüyünü sındırdığı açıqlanmışdı.

Sportinfo.az “PSG Report”-a istinadən xəbər verir ki, 55 yaşlı çalışdırıcı uğurlu əməliyyat keçirib və artıq sağalma prosesinə start verib.

Onun səhhətində nəzərəçarpacaq dərəcədə irəliləyiş olduğu bildirilir.

PSJ Fransa Liqa 1-də ilk üç turdan sonra maksimum nəticə göstərərək, 9 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. Komanda növbəti oyununu sentyabrın 14-də evdə “Lans”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...