"Bir çox təkliflər alsam da, hamısından imtina etdim" - Dünya çempionu karyerasını bitirdi

01:30 Fransa 73
"Bir çox təkliflər alsam da, hamısından imtina etdim" - Dünya çempionu karyerasını bitirdi

Fransalı qapıçı Stiv Mandanda karyerasını bitirmək qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı qolkiper bu barədə Fransa mətbuatına açıqlama verib.

“Bu qərarı vermək mənim üçün asan olmadı. Bir qədər düşündükdən sonra fikrimi qətiləşdirdim. Bir çox təkliflər alsam da, hamısından imtina etdim”.

Son olaraq ölkəsində “Renn” klubunun şərəfini qoruyan Mandanda yığmanın heyətində 35 oyun keçirib.

O, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında milli komandasına qızıl medal qazanmağa kömək edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...
10 Sentyabr 18:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 04:10 "Proqnoz vermək olmur”