"Onları ayırmaq lazım deyil" - Rus və ukraynalı futbolçuları haqda AÇIQLAMA

22 Avqust 2025 15:40 Fransa 885
"Onları ayırmaq lazım deyil" - Rus və ukraynalı futbolçuları haqda AÇIQLAMA

PSJ-nin baş məşqçisi Luis Enrike, rusiyalı qapıçı Matvey Safonov ilə ukraynalı müdafiəçi İlya Zabarnı arasında mümkün olan münaqişə barədə fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, futbolun insanlar arasında birliyi gücləndirmək üçün ən yaxşı vasitə olduğunu vurğulayıb:

“İdman və xüsusilə, futbol – insanları birləşdirmək üçün ən yaxşı yoldur. Onları ayırmaq deyil, birləşdirmək lazımdır. Futbolçular, siyasətçilərin siyasi və iqtisadi maraqlarından yuxarıdır”.

Safonov PSJ-yə 2024-cü ilin yayında qoşulub. Paris təmsilçisi Zabarnını isə bu yay “Bornmut”dan transfer edib.

Söz-söhbətə görə, Zabarnı PSJ-yə qoşulmaq şərti olaraq, rusiyalı qapıçı Safonovun komandadan ayrılmasını istəyib.

Rusiya 2022-ci ildən Ukraynaya işğalçı hücumlarını davam etdirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti