Şevçenkodan məsləhət: “Rus qapıçı ilə ehtiyatlı ol”

00:00 Fransa 186
Şevçenkodan məsləhət: “Rus qapıçı ilə ehtiyatlı ol”

“Milan”, “Çelsi” və Kiyev “Dinamo”sunun sabiq hücumçusu Andrey Şevçenko həmvətəninə, Ukrayna millisinin üzvü İlya Zabarnıya PSJ-nin rusiyalı qapıçısı Matvey Safonovla münasibətdə ehtiyatlı olmağı tövsiyə edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Zabarnı Paris klubuna keçməzdən əvvəl Şevçenko ilə danışıb və o, ona Safonovla kontaktda diqqətli olmağı məsləhət görüb.

22 yaşlı futbolçu bu yay “Bornmut”dan Paris təmsilçisinə keçib. Onun transferi parislilərə 63 milyon avroya başa gəlib. Zabarnı PSJ ilə müddəti 2030-cu ilin iyununa qədər olan müqavilə imzalayıb.

Rusiya 2020-ci ildən etibarən Ukraynaya qarşı işğalçı hücumlarını davam etdirir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 17:30 Çək və bizə göndər!
19 Avqust 08:20 Gözel Budapeştə getdi