
“Real”ın hücumçusu Kilian Mbappe qapıçı Canluici Donnarummanın PSJ-dəki hazırkı durumu haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, italiyalı futbolçunun çətin günlərdən keçdiyini söyləyib:
“Donnarummaya yazığım gəlir. O, çətin günlərdən keçir”.
Daha əvvəl qolkiperin Paris klubundan ayrılmağa yaxın olduğu və “Mançester Siti”nin oyunçunu transfer etmək istədiyi bildirilib.
26 yaşlı futbolçu 2024/25 mövsümündə 47 oyunda çıxış edib və 17 matçda qapısını toxunulmaz saxlayıb. Onun parislilərlə hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.