Daha bir tanınmış hücumçu Səudiyyə Ərəbistanı yolunda

01:30 Fransa 97
Daha bir tanınmış hücumçu Səudiyyə Ərəbistanı yolunda

“Monako”nun hücumçusu Bril Embolo Səudiyyə Ərəbistanına köçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrə millisinin futbolçusu Səudiyyə Ərəbistanı klublarından birinin diqqətini çəkib.

Embolonun özü İtaliyanın top klubları – “Roma” və “Milan”ın marağına baxmayaraq, karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyin əleyhinə deyil.

28 yaşlı hücumçu ötən mövsümdə “Monako”nun heyətində 7 qol vurub və 9 məhsuldar ötürmə edib.

Onun Fransa klubu ilə müqaviləsinin müddətı gələn ilin yayında başa çatacaq. “Transfermarkt”a görə, Embolonun dəyəri 12 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 20:00 Çək və bizə göndər!
17 Avqust 07:10 Xəzərdə zəlzələ oldu
17 Avqust 04:00 Milli Avstriyaya uduzdu