Bu müdafiəçinin PSJ-yə keçidi yubanır - Sənədləşmə işlərinə görə

11 Avqust 00:20 Fransa 633
Bu müdafiəçinin PSJ-yə keçidi yubanır - Sənədləşmə işlərinə görə

“Bornmut”un müdafiəçisi İlya Zabarnının PSJ ilə görüşünün vaxtı dəyişib.

Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, ukraynalı futbolçu avqustun 9-da Fransaya getməli olsa da, İngiltərə klubunda lazımi sənədləşmə işləri gecikib.

İndi PSJ gələcək oyunçusu ilə bu gün görüşməyi gözləyir.

Parislilərin Zabarnının transferi üçün 60 milyon avrodan çox pul ödəyəcəyi bildirilib. Lakin bu məbləğ müdafiəçinin uğurlu çıxışı zamanı mümkün bonuslar hesabına arta bilər.

Tərəflər arasında müqavilə 2030-cu ilin yayına kimi hesablanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu