Müqavilənin uzadılması ilə bağlı razılıq əldə olunmadı – SATIŞA ÇIXARILDI

10 Avqust 2025 10:40 Fransa 1 107
Müqavilənin uzadılması ilə bağlı razılıq əldə olunmadı – SATIŞA ÇIXARILDI

PSJ qapıçısı Canluici Donnarummanı satışa çıxarıb.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

İtaliyalı qolkiper və PSJ arasında müqavilənin uzadılması ilə bağlı razılıq əldə olunmayıb.

Tərəflərin hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Qeyd olunur ki, Paris təmsilçisi futbolçunu azad agent kimi buraxmaq niyyətində deyil.

26 yaşlı Donnarumma 2021-ci ildə “Milan”dan PSJ-yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!