“Liverpul” və “Bayern”in maraq dairəsində olduğu xəbərləri yayılmışdı... İstəmirlər getsin

10:00 Fransa 75
“Liverpul” və “Bayern”in maraq dairəsində olduğu xəbərləri yayılmışdı...  İstəmirlər getsin

PSJ-nin vingeri Bredli Barkola klubu ilə yeni müqavilə imzalaya bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 22 yaşlı futbolçunun nümayəndələri ilə aktiv danışıqlar aparır.

Hazırda Barkola ilə qüvvədə olan müqavilənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.

Daha əvvəl fransalı futbolçunun “Liverpul”un və “Bayern”in maraq dairəsində olduğu xəbərləri yayılmışdı. Onun transfer dəyəri hazırda 70 milyon avro olaraq qiymətləndirilir.

Barkola son mövsümdə 64 oyunda meydana çıxaraq, 21 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti