Hücumçusuna 60 milyon avro qiymət qoydu - PSJ

5 Avqust 01:30 Fransa 553
Hücumçusuna 60 milyon avro qiymət qoydu - PSJ

PSJ hücumçusu Randal Kolo Muani üçün istədiyi məbləği müəyyənləşdirib.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, Paris klubu 26 yaşlı futbolçunu 60 milyon avroya qiymətləndirir.

Son mövsümün ikinci yarısını “Yuventus”da icarə əsasında keçirən Kolo Muani A Seriyası təmsilçisinin heyətində özünü yaxşı tərəfdən göstərmiş və klub onunla yollarını davam etdirmək istəmişdi.

Ancaq PSJ-nin maliyyə tələbləri hələ ki, turinlilər üçün əlçatan deyil.

PSJ rəhbərliyi həm dərhal satışa, həm də məcburi satınalma şərti ilə icarəyə açıqdır. İddialara görə, “Mançester Yunayted” və “Tottenhem” də ona maraq göstərir.

Fransalı futbolçu da bildirib ki, “Yuventus”da qalmaq istəyir, ancaq onun gələcəyi PSJ-nin danışıqlardakı mövqeyindən asılı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu