Onun mövqeyinə yeni oyunçunun alınmasını istəmir

31 İyul 10:20 Fransa 666
Onun mövqeyinə yeni oyunçunun alınmasını istəmir

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın yeni sağ cinah müdafiəçisinə ehtiyac duymadığını hesab edir.

Daha əvvəl klubun əsas oyunçusu Əşrəf Hakiminin rotasiya üçün əvəzləyicisinin alınacağı güman edilirdi, ancaq ispaniyalı çalışdırıcı bu mövqe üçün transferə ehtiyac görmür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Enrike bu mövqeni ehtiyac yarandıqda əsasən yarımmüdafiəçi olan Uorren Zair-Emeri və Joao Neveşin doldura biləcəyinə inanır.

Hər iki oyunçu nominal olaraq mərkəz yarımmüdafiəçisi olsa da, 55 yaşlı mütəxəssis onların sağ cinahda da effektiv çıxış edə biləcəyini düşünür.

Hakimi son mövsümdə PSJ formasında 55 oyuna çıxaraq, 11 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu