
PSJ bu yay “Monako”nun 23 yaşlı vingeri Maqnes Akliuşun transferinə ciddi maraq göstərir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “knyazlıq klubu” Akliuş üçün 70 milyon avro transfert qiyməti müəyyən edib, bu isə prosesi çətinləşdirir.
“Transfermarkt” portalı Akliuşun bazar dəyərini 45 milyon avro qiymətləndirir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına kimidir.
Fransalı oyunçu son mövsümdə “Monako”nun heyətində 43 matça çıxaraq, 7 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Akliuşun özünün də PSJ-yə keçməyə maraqlı olduğu bildirilir.