Ukraynalı müdafiəçinin transfer məbləğini razılaşdırdı

26 İyul 2025 15:20 Fransa 1 140
Ukraynalı müdafiəçinin transfer məbləğini razılaşdırdı

PSJ Ukrayna millisinin və “Bornmut”un müdafiəçisi İlya Zabarnının transferi üçün əsas məbləği razılaşdırıb.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, transferin baza dəyəri təxminən 60 milyon avro təşkil edəcək.

Klublar arasında danışıqlar davam edir. Əlavə şərtlər, o cümlədən sözləşmənin ümumi məbləğini artıra biləcək mümkün bonuslar müzakirə edilir.

22 yaşlı futbolçu 2023-cü ilin yanvarında “Bornmut”a keçib və bu müddət ərzində komandanın müdafiəsində əsas fiqur olub. O, son mövsümdə 39 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM