Hücumçu əsas komandanın məşqlərindən uzaqlaşdırıldı

24 İyul 15:20 Fransa 362
Hücumçu əsas komandanın məşqlərindən uzaqlaşdırıldı

PSJ-nin hücumçusu Randal Kolo-Muani mövsümöncəsi məşqlərə klubun U-21 komandası ilə başlayacaq.

Sportinfo.az “Le Parisien”-ə istinadən xəbər verir ki, son mövsümün ikinci yarısını icarə əsasında “Yuventus”da keçirən fransalı futbolçu qarşıdakı mövsüm üçün əsas komandanın planlarına daxil edilməyib.

Kolo-Muani Turində olduğu müddətdə A Seriyasında 16 matçda 8 qol vursa da, icarədən qayıdandan sonra PSJ-nin əsas komandasında özünə yer tapmayıb.

Paris klubunun digər oyunçuları da oxşar vəziyyətlə üzləşiblər. Milan Skrinyar, Marko Asensio, Karlos Soler və Nordi Mukiele eyni aqibəti yaşayır.

Onların hamısı gənclər komandasına göndərilib və PSJ bu yay onları aktiv şəkildə satmaq variantlarını axtarır.

Kolo-Muani parislilərə 2023-cü ilin yayında Frankfurt “Ayntraxt”ından 90 milyon avroya keçmişdi. O, kluba baha başa gəlsə də, komandada özünü təsdiqləyə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!