“Yuventus”dan onu da transfer siyahısına daxil etdilər

20 İyul 01:40 Fransa 647
“Yuventus”dan onu da transfer siyahısına daxil etdilər

“Yuventus”un fransalı yarımmüdafiəçisi Kefren Türam PSJ-nin maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.

Paris klubu orta xətti gücləndirmək məqsədilə axtarış aparır və 24 yaşlı futbolçunu transfer siyahısına daxil edib.

Bununla belə, PSJ-nin Türamı heyətinə qatması asan olmayacaq. “Yuventus” onu satmaq niyyətində deyil və onunla müddəti 2030-cu ilə qədər olan yeni müqavilə imzalamaq istəyir.

Türam 2024-cü ilin iyulunda “Nitsa”dan 20,6 milyon avroya “Yuventus”a transfer olunub. O, son mövsümdə 51 oyuna çıxıb, 5 qolla və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu