36 yaşlı hücumçu Səudiyyə Ərəbistanından ayrıldı - 2 illik kontrakt

20 İyul 2025 00:20 Fransa 832
36 yaşlı hücumçu Səudiyyə Ərəbistanından ayrıldı - 2 illik kontrakt

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Qabonlu forvard “Marsel”lə anlaşıb. 36 yaşlı futbolçu Liqa 1 klubu ilə 2 illik müqavilə imzalayacaq.

Pyerr-Emerik Obameyanq ötən mövsüm “Əl-Kadsiya”nın heyətində 36 oyunda 21 qol vurub, 3 qol ötürməsi edib. O, 2023/2024 mövsümündə də “Marsel”də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!