Fransızlar 5 illik müqavilə təklif etdi - “Yuventus”un vingerinə

8 İyul 21:40 Fransa 120
Fransızlar 5 illik müqavilə təklif etdi - “Yuventus”un vingerinə

“Marsel” “Yuventus”un futbolçusu Timoti Vea üçün danışıqlara başlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubunun vingerlə maraqlanması ilə bağlı məlumatlar ötən həftə ortaya çıxıb.

İndi isə məsələ dəqiqləşib və “Marsel” artıq 25 yaşlı oyunçu ilə əlaqə saxlayıb. Klub ona 2030-cu ilə qədər olan müqavilə təklif edib.

“Yuventus” təklifi qəbul etməyə hazır olsa da, futbolçunun özünün bu razılaşmadan imtina etdiyi bildirilib.

Veanın “qoca sinyora” ilə müqaviləsi 2028-ci ilə kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?