"Nə cavab verəcəyimi hələ bilmirəm" - Dünya çempionu karyerasını bitirir?

15 İyun 20:50 Fransa 130
"Nə cavab verəcəyimi hələ bilmirəm" - Dünya çempionu karyerasını bitirir?

Fransa millisinin sabiq qapıçısı və dünya çempionu Uqo Lloris yaxın vaxtlarda peşəkar futbolçu karyerasını başa vura bilər.

Hazırda ABŞ-ın MLS liqasında, “Los-Anceles” klubunun formasını geyinən 38 yaşlı futbolçu gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaşadığını bildirib.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı qolkiper yekun qərarın olmadığını deyib:

“Hələ ki, yekun qərar yoxdur. Bu yay klubla danışıqlar olacaq, amma nə cavab verəcəyimi hələ bilmirəm.

Özümü yaxşı hiss edirəm, amma realistəm. Hər şeyi yaxşı düşünməliyəm”.

Lloris karyerasının böyük hissəsini “Tottenhem”də keçirib. O, həmçinin, 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu tituluna sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 20:00 Çək və bizə göndər!
15 İyun 04:00 Vüqar yaponu döydü