“La Liqada qol vurmaq Liqa 1-dən daha asandır” - PSJ-nin prezidenti

10:20 Fransa 94
“La Liqada qol vurmaq Liqa 1-dən daha asandır” - PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi futbol səviyyəsinin aşağı olması ilə bağlı vaxtaşırı tənqid edilən Fransa çempionatını müdafiə edib.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, bunu söyləyib:

“La Liqada qol vurmaq Liqa 1-dən daha asandır. Luis Enrike qürurla Liqa 1-i təmsil etdi və onu Fransa çempionatını “fermerlər liqası” adlandıran İngiltərə Premyer Liqası azarkeşlərindən müdafiə etdi.

Bu mövsüm Çempionlar Liqasında “Mançester Siti”, “Liverpul”, “Aston Villa” və “Arsenal”ı məğlub etdik”.

PSJ 2024/25 mövsümünün sonunda “Marsel”i 19 xal qabaqlayaraq Fransa çempionu olub. Paris klubu, eyni zamanda, turnirin finalında “İnter”i 5:0 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının da qalibi adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti