Avropada 4 top-klubun “radar”ındadır - Tanınmış qapıçı

4 İyun 2025 12:00 Fransa 1 448
Avropada 4 top-klubun “radar”ındadır - Tanınmış qapıçı

PSJ-nin qapıçısı Canluici Donnarumma Avropanın bir neçə top-klubunun transfer siyahısına düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı qolkiperin xidmətində “Real”, “Bayern”, “Mançester Yunayted” və “Mançester Siti” maraqlıdır.

Adıçəkilən klublar 26 yaşlı futbolçunun PSJ rəhbərliyi ilə yeni müqavilə üzrə apardığı danışıqları yaxından izləyirlər. Onun PSJ ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Donnarumma ötən mövsüm Fransa Liqa 1-də 24 oyunda forma geyinib, 27 top buraxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti