Agentindən onun gələcəyi haqda açıqlama - Yeni müqavilə istəyirlər

26 Mart 2025 17:20 Fransa 1 294
Agentindən onun gələcəyi haqda açıqlama - Yeni müqavilə istəyirlər

PSJ-nin qapıçısı Canluici Donnarummanın maraqlarını təmsil edən agenti Enzo Rayola onun Paris klubundakı gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Ekip” nəşrinə danışan italiyalı qolkiperin agenti bunu deyib:

“PSJ ilə yeni müqavilə imzalamaq bizim əsas məqsədimizdir”.

26 yaşlı futbolçunun Paris klubu ilə hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

O, bu mövsüm parislilərin heyətində 30 matçda iştirak edib, 28 qol buraxıb və 10 oyunda qapısını toxunulmaz saxlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti