“Onun milliyə baş məşqçi təyinatı ilə bağlı fərziyyələri gücləndirmək istəmirəm”

20 Mart 2025 00:10 Fransa 1 446
“Onun milliyə baş məşqçi təyinatı ilə bağlı fərziyyələri gücləndirmək istəmirəm”

“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe Madrid klubunun keçmiş baş məşqçisi Zinəddin Zidandan niyə qaçmağa çalışdığını açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Son vaxtlar mən Zidanla tez-tez qarşılaşmamağa çalışıram. Çünki onun milli komandaya baş məşqçi təyin olunacağı ilə bağlı fərziyyələri gücləndirmək istəmirəm”.

Bundan əvvəl Fransa millisinin baş məşqçisi Didye Deşamın komandanı tərk edəcəyi, onun yerinə isə Zidanın keçəcəyi bildirilib.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"