9 aylıq cəzaya Ukraynadakı müharibə səbəb olub? - İDDİA

8 Mart 00:20 Fransa 1 128
9 aylıq cəzaya Ukraynadakı müharibə səbəb olub? - İDDİA

Fransa çempionatının 24-cü turunun “Brest”lə oyununda (2:1) baş hakim Benua Milloya fiziki təzyiq göstərdiyinə görə diskvalifikasiyası ilə bağlı keçirilən dinləmələrdə “Lion”un baş məşqçisi Paulo Fonseka siyasi vəziyyətlə bağlı narahatlığından da danışıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Athletic” nəşri məlumat yayıb.

Fonseka videobağlantı vasitəsilə Liqa 1-in İntizam Komitəsinin iclasında iştirak edib.

O, son günlər Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın görüşündən sonra Ukraynadakı vəziyyətin gələcəyi ilə bağlı qeyri-müəyyənlikdən narahat olduğunu bildirib.

Portuqaliyalı mütəxəssisə 2024-cü ilin dekabrında “Milan”dan qovulduqdan sonra İtaliyada qalan həyat yoldaşı və iki uşağından ayrılması da təsir edib.

Komissiyanın iclasından sonra Fonseka 9 ay müddətinə diskvalifikasiya edilib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu