Baş məşqçisini istefaya göndərdi – “Qarabağ”ın tanışı

28 Yanvar 2025 15:20 Fransa 1 755
Baş məşqçisini istefaya göndərdi – “Qarabağ”ın tanışı

“Lion” baş məşqçi Pyer Sajla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Bildirilib ki, bu qərara səbəb komandanın son matçlardakı nəticələridir.

Klub rəhbərliyi artıq yeni baş məşqçi axtarışlarına başlayıb.

Mətbuatda yayılan məlumata görə, bu vəzifəyə əsas namizədlərdən biri əvvəllər “Milan”a rəhbərlik etmiş portuqaliyalı mütəxəssis Paulo Fonsekadır.

Pyer Saj 2023-cü ildən bəri “Lion”a rəhbərlik edirdi.

“Lion” Avropa Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olub. Fransızlar Bakıda keçirilən qarşılaşmada 4:1 hesabıyla qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim
16 Sentyabr 01:10 “Nefttçi" o imzanı atdı!
16 Sentyabr 00:30 AFFA-da 3 yeni təyinat