PSJ-nin ən bahalı dördüncü transferi olacaq? - Xviça Kvaratsxeliya

16 Yanvar 01:40 Fransa 468
PSJ-nin ən bahalı dördüncü transferi olacaq? - Xviça Kvaratsxeliya

“Napoli”nin vingeri Xviça Kvaratsxeliyanın PSJ-yə 70 milyon avroya keçidi bu klubun tarixində transfer bazarında dördüncü ən bahalı alış ola bilər.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, parislilərin dördüncü ən bahalı sözləşməsi əvvəllər mərakeşli müdafiəçi Əşrəf Hakiminin 68 milyon avroya “İnter”dən transferi hesab olunurdu.

Bu siyahının ilk üç pilləsini 222 milyon avroya “Barselona”dan Neymar, 180 milyon avroya “Monako”dan Kilian Mbappe və “Ayntraxt”dan Randal Kolo Muaninin (95 milyon avro) transferləri tutur.

Daha əvvəl məlum olub ki, PSJ və “Napoli” gürcü vingerin Paris klubuna transferi üçün razılaşıb. O, parislilərlə 5 illik müqavilə imzalamalıdır.

23 yaşlı Kvaratsxeliya ümumilikdə “Napoli” karyerası ərzində bütün turnirlərdə 107 matçda iştirak edib, 30 qol vurub və 29 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə