Kvarastxeliya ilə anlaşdılar - 5 illik müqavilə imzalanacaq

15 Yanvar 10:00 Fransa 825
Kvarastxeliya ilə anlaşdılar - 5 illik müqavilə imzalanacaq

PSJ “Napoli”nin futbolçusu Xviça Kvarastxeliya ilə anlaşıb.

Spotinfo.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Paris təmsilçisi Gürcüstan millisinin vingeri üçün 70 milyon avro məbləğində təzminat ödəyəcək. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

Xviça Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində 19 oyuna çıxaraq 5 qol vurub və 3 qolun ötürməsini edib.

Xviçanın atası Badri Kvaratsxeliya isə Azərbaycan millisinin sabiq üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti