13-cü dəfə Fransa Superkubokunu qazandı - PSJ

6 Yanvar 2025 00:00 Fransa 1 384
13-cü dəfə Fransa Superkubokunu qazandı - PSJ

“PSJ” və “Monako” Fransa Superkuboku uğrunda görüşdə üz-üzə gəliblər.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Qətərin paytaxtı Doha şəhərində baş tutub.

Görüş Paris klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Belə ki, oyunda yeganə qolu 90+2-ci dəqiqədə Usman Dembele vurub.

Bununla da PSJ 13-cü dəfə Fransa Superkubokunun qalibi olub. Bu, turnirin yeni rekordudur. Bu göstəricidə ən yaxın təqibçi 8 titul sahibi olan “Lion”dur.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM