Hücumçu və müdafiəçi ilə vidalaşmağı planlaşdırır - Yanvar ayını gözləyirlər

17 Dekabr 2024 12:20 Fransa 1 000
Hücumçu və müdafiəçi ilə vidalaşmağı planlaşdırır - Yanvar ayını gözləyirlər

İki futbolçu qış transfer pəncərəsində PSJ-ni tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, parislilər hücumçu Randal Kolo-Muani və müdafiəçi Milan Skrinyarla ayrılmağı düşünürlər.

PSJ-nin baş məşqçisi Luis Enrike bu futbolçularla gələcək əməkdaşlıqda maraqlı deyil. Hər iki oyunçu digər klublardan təklif ala biləcəkləri yanvar ayını gözləyir.

Skrinyar Fransa çempionatının cari mövsümündə 5 oyun keçirib, Kolo-Muani isə 10 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM