“Real”ın hücumçusu Kilian Mbappe “İnter Mayami”nin forvardı Lionel Messi ilə PSJ-dəki çıxışını xatırlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Messi hər şeyi yaxşı edir, belə bir oyunçudan hər şeyi öyrənmək olar. Mən ona yaxınlaşdım və daim suallar verdim:
“Bunu necə edirsən? Bəs bu?”
Messi bu mövsüm MLS klubunda 22 oyun keçirib, 21 qol vurub və 11 məhsuldar ötürmə verib.
37 yaşlı futbolçu 2021-ci ilin avqustundan 2023-cü ilin iyuluna qədər PSJ-də çıxış edib. Daha sonra o, azad agent kimi Paris klubundan ayrılıb.