COP29

Məşhur oyunçu hansı klubun formasını geyinəcək? - Cəzası bitəndən sonra

6 Dekabr 2024 10:20 Fransa 494
Məşhur oyunçu hansı klubun formasını geyinəcək? - Cəzası bitəndən sonra

Pol Poqbanın yeni klubu olmağa namizədlər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Fransa millisinin sabiq üzvünün karyerasını ölkəsində davam etdirmək ehtimalı olduqca yüksəkdi.

Onun dopinqə görə diskvalifikasiya müddəti 2025-ci ilin martında başa çatacaq.

Hazırda azad agent olan Poqbanın “Marsel”lə anlaşmaq ehtimalı daha real görünür. Onu istəyən klublar arasında Moskva “Torpedo”su da var.

“Torpedo”nun idman direktoru Ari yerli mətbuata açıqlamasında 31 yaşlı dünya çempionunun onlara keçmək variantını nəzərdən keçirəcəklərini etiraf edib.

Yarımmüdafiəçi ilə “Fənərbaxça” da maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti