Danışıqlar apardılar, razılıq əldə etdilər - Yeni müqavilə imzalayacaqlar

3 Dekabr 2024 22:00 Fransa 1 000
Danışıqlar apardılar, razılıq əldə etdilər - Yeni müqavilə imzalayacaqlar

PSJ-nin yarımmüdafiəçisi Vitinya klubu ilə yeni müqavilə imzalayacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər səmərəli danışıqlar aparıb və razılıq əldə ediblər.

24 yaşlı futbolçunun Paris klubu ilə yeni müqaviləsi 2029-cu ilin iyun ayına qədər davam edəcək.

Vitinya cari mövsümdə PSJ-də 15 oyun keçirib və 2 qol vurub. Onun klubla hazırkı müqaviləsi daha iki il yarım müddətinə qüvvədədir.

Portuqaliyalı yarımmüdafiəçi 2022-ci ildə 41,5 milyon avroya “Portu”dan PSJ-yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"