COP29

Zinədin Zidan PSJ yolunda

28 Noyabr 2024 21:40 Fransa 456
Zinədin Zidan PSJ yolunda

PSJ baş məşqçi Luis Enrike ilə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssisin taleyi komandanın Çempionlar Liqasında göstərəcəyi nəticədən asılıdır.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

PSJ Liqa fazasını ilk 24 pillədə tamamlaya bilməsə və pley-offa yüksəlməsə Enrike istefaya göndəriləcək.

Paris təmsilçisi 54 yaşlı məşqçidən sonrakı dövr üçün Zinədin Zidanı düşünür.

PSJ Çempionlar Liqasında 5 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 25-ci pilləsində qərarlaşıb.

Fransa klubu turnirdə növbəti oyunlarını "Zalzburq", "Mançester Siti" və "Ştutqart"a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti