COP29

Mövsümün sonuna qədər borclarını ödəməsə, çempionatı tərk edəcək

16 Noyabr 2024 04:00 Fransa 1 005
Mövsümün sonuna qədər borclarını ödəməsə, çempionatı tərk edəcək

Fransa Liqa 1 təmsilçisi "Lyon" mövsümün sonuna qədər borclarını ödəməsə, elitanı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Hazırda maddi sıxıntılar yaşayan kluba transfer qadağası qoyulub.

Lyon şəhərinin eyni adlı komandası borclarını ödəyə bilməyəcəyi təqdirdə növbəti mövsüm Fransa Liqa 2-də mübarizə aparacaq.

"Lyon" Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"la üz-üzə gələcək. Qarşılaşma noyabrın 28-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti