55 milyonu hücumçuya təcili ödəməlidir - Yeni qərar verildi

26 Oktyabr 2024 01:40 Fransa 971
55 milyonu hücumçuya təcili ödəməlidir - Yeni qərar verildi

Fransa Peşəkar Futbol Liqasının (LFP) Apellyasiya Komitəsi PSJ-nin keçmiş hücumçusu Kilian Mbappeyə 55 milyon avro borcunu ödəməyə məcbur olduğuna dair qərar çıxarıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

LFP daha əvvəl parislilərə Madrid “Real”ının hazırkı futbolçusuna məbləğin ödənilməsinin vacib olduğunu bildirmişdi.

Lakin klub bu qərardan etiraz etmiş və apellyasiya şikayəti vermişdi. Paris klubunun hücumçuya borclu olduğu məbləğə ödənilməmiş maaşlarla yanaşı, bonuslar da daxildir.

Mbappe mövsümlərarası fasilə zamanı azad agent kimi “Real” keçib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim