Baş məşqçisi ilə yeni müqavilə imzaladı – Avropanın məşhur klubu

18 Oktyabr 2024 15:40 Fransa 1 115
Baş məşqçisi ilə yeni müqavilə imzaladı – Avropanın məşhur klubu

PSJ baş məşqçisi Luis Enrike ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Fransa klubu 54 yaşlı ispaniyalı mütəxəssislə olan müqavilə müddətini 2027-ci ilin iyun ayına qədər uzadıb. Məlumatın yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.

Luis Enrike məşqçilik karyerası ərzində “Barselona”, “Roma”, “Selta” və İspaniya millisi kimi komandaları çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM