Texnikasını bəyənmədiyi hücumçu ilə vidalaşacaq? - PSJ

9 Oktyabr 2024 12:00 Fransa 2 341
Texnikasını bəyənmədiyi hücumçu ilə vidalaşacaq? - PSJ

Randal Kolo Muani qış transfer pəncərəsində PSJ-ni tərk edə bilər.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı hücumçunun karyerasında çətin dövr keçir.

O, komandanın baş məşqçisi Luis Enrikenin oyun planına uyğun gəlmir.

PSJ Kolo Muaninin texnikasının yetərincə olmadığını hesab edir.

25 yaşlı forvard Paris nəhənginin sıralarına ötən il qoşulub. Tərəflər arasında 2028-ci ilə qədər olan müqavilə bağlanıb.

Muani Fransa çempionatının cari mövsümündə 7 oyun keçirib, 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi