"Unutmayın ki, futbolçunu işə götürən klubdur, ölkənin futbol federasiyası deyil”

8 Oktyabr 2024 18:40 Fransa 2 190
"Unutmayın ki, futbolçunu işə götürən klubdur, ölkənin futbol federasiyası deyil”

Fransa millisinin baş məşqçisi Didye Deşam Kilian Mbappenin Millətlər Liqasının qrup mərhələsində qarşıdakı oyunlarında iştirak etməməsinə münasibət bildirib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı çalışdırıcı milli komanda ilə klubun maraqlarının mütləq fərqli olduğunu söyləyib:

“Milli komanda ilə klubun maraqları mütləq fərqlidir. Unutmayın ki, futbolçunu işə götürən klubdur, ölkənin futbol federasiyası deyil”.

Fransa millisi bu ay Millətlər Liqasında İsrail və Belçika yığmaları ilə qarşılaşacaq.

Mbappe bu yay azad agent kimi “Real”a keçib. 25 yaşlı hücumçu La Liqada 8 oyuna çıxıb, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!