31 yaşında karyerasını bitirmək qərarı verdi - Məşhur futbolçu

25 Sentyabr 2024 18:20 Fransa 1 248
31 yaşında karyerasını bitirmək qərarı verdi - Məşhur futbolçu

“Komo”da çıxış edən fransalı müdafiəçi Rafael Varan gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ciddi zədədən sonra karyerasını bitirmək qərarına gəlib.

Varan İtaliya klubuna azad agent kimi qatılıb, ilk matçda zədələnən müdafiəçi mövsümün qalan hissəsini buraxmalı olacaq.

Varan “Komo”ya keçməzdən əvvəl “Real” və “Mançester Yunayted”dəki çıxışı ilə tanınırdı. O, “kral klubu”nun heyətində 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 18:10 Çək və bizə göndər!