"Ötənilki versiyası çox yaxşı idi, amma indi daha da yaxşıdır"

21 Sentyabr 2024 18:40 Fransa 1 002
"Ötənilki versiyası çox yaxşı idi, amma indi daha da yaxşıdır"

PSJ-nin baş məşqçisi Luis Enrike fransalı hücumçu Osman Dembelenin çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Fotmob”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Dembelenin hücumları bitirməkdə daha yaxşı olduğunu bildirib:

“Dembele ötən mövsüm olduğu kimi qalır, amma bəlkə də, indi hücumları bitirməkdə daha effektivdir. O, həmişə bizim üçün ən vacib oyunçu olub

və rəqibləri məğlub etməkdə unikal qabiliyyəti var. Dembelenin ötənilki versiyası çox yaxşı idi, amma indi daha da yaxşıdır.

Biz onun gələcəkdə daha da mükəmməl oyunçu olmasını təmin etmək üçün çalışırıq”.

27 yaşlı futbolçu bu mövsümdə keçirdiyi 5 matçda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti