Fransa klubunu almaq istəyir – Premyer Liqada çıxış edən müdafiəçi

20 Sentyabr 2024 21:40 Fransa 1 108
Fransa klubunu almaq istəyir – Premyer Liqada çıxış edən müdafiəçi

“Liverpul”un müdafiəçisi Trent-Aleksander Arnold Fransanın “Nant” klubunu almaqda maraqlıdır.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu klubu Londonda yerləşən investisiya fondu vasitəsilə almaq üçün artıq sorğu göndərib.

Həmin fondu 25 yaşlı müdafiəçinin atası Maykl Arnold idarə edir.

Onu da əlavə edək ki, “qırmızılar”ın futbolçusu Fransanın “Alpine F1 Team” yarış komandasının səhmdarıdır. Trent “Nant”dan öncə “Havr” və “Sent Etyen” komandalarını almaqda maraqlı idi.

Fransa klubuna edilən təklifin 100 milyon avro olduğu bildirilir. İş adamı Vildamir Kita 2007-ci ildən “Nant”ın sahibidir. Lakin o, dəfələrlə etiraf edib ki, klubun üzləşdiyi idman və maliyyə çətinliklərindən yorulub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar