Hücumçuya 55 milyon avro məbləğində maaş borcu qalıb – Qaytar pulu!

15 Sentyabr 2024 16:55 Fransa 1 265
Hücumçuya 55 milyon avro məbləğində maaş borcu qalıb – Qaytar pulu!

Peşəkar Fransa Futbol Liqasının Hüquqi Komitəsi PSJ-dən komandanın sabiq futbolçusu Killian Mbappeyə borcunu qaytarmağı tələb edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Paris klubunun 25 yaşlı fransalı hücumçuya 55 milyon avro məbləğində maaş borcu var. PSJ 8 il ərzində bu məbləği qaytarmalıdır.

Mbappe sabiq komandası PSJ-dən 2024-cü ilin aprel, may, iyun ayları üçün maaşını və bonuslarını tələb etmişdi. O, bu yay azad agent kimi “Real”a transfer olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM