Təklif etdilər, imzaya yaxın oldular, sonda… Müdafiəçi alınmasını istəmədi

9 Sentyabr 2024 15:40 Fransa 998
Təklif etdilər, imzaya yaxın oldular, sonda… Müdafiəçi alınmasını istəmədi

PSJ-nin baş məşqçisi Luis Enrike yeni cinah müdafiəçisi ilə müqavilə imzalamaq fikrindən vaz keçib.

Yay transfer pəncərəsinin son günlərində Nordi Mukiele parislilərdən ayrılaraq, icarə əsasında Leverkuzen “Bayer”inə keçib.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, idman direktoru Luis Kampos ispan çalışdırıcıya Avropanın top-klubundan adı açıqlanmayan sağ cinah müdafiəçisi təklif edib – futbolçu ilə müqavilə transfer müddətinin bitməsinə az qalmış imzalana bilərmiş.

Enrike bu fürsətdən imtina edib. Mütəxəssis hazırkı heyətdən tam razı olduğunu və müdafiənin sağ cinahındakı çətinlikləri necə həll edəcəyini bildiyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi