"Mançester Yunayted"ə 50 milyon avroluq transfer - PSJ-dən

1 Sentyabr 2024 01:30 Fransa 1 582
"Mançester Yunayted"ə 50 milyon avroluq transfer - PSJ-dən

"Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi PSJ-dən Manuel Uqarteni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qırmızı şeytanlar" uruqvaylı yarımmüdafiəçi üçün Fransa klubuna 50 milyon avro təzminat ödəyib. 23 yaşlı futbolçu "Mançester Yunayted"lə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

PSJ Manuel Uqarteni ötən ilin yayında "Sportinq"dən transfer etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"