Mbappe şikayət etdi - PSJ Çempionlar Liqasından qovula bilər!

25 Avqust 2024 10:40 Fransa 1 462
Mbappe şikayət etdi - PSJ Çempionlar Liqasından qovula bilər!

PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Sportinfo.az “Le Monde”-yə istinadən xəbər verir ki, “Real”ın hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ-dən UEFA-ya şikayət edib.

Fransalı futbolçu parislilərdən özünün maaşı və bonusları da daxil olmaqla 55 milyon avro tələb edir. 25 yaşlı forvardın iddiası uğurlu olarsa, PSJ Çempionlar Liqasından qovula bilər.

Mbappe yayda azad agent kimi “Real”a keçib və artıq bu komandanın heyətində 2 oyunda 1 qol vurub. Madrid klubu çempionata “Malyorka” ilə səfərdə heç-heçə (1:1) ilə başlayıb.

Mbappe 2017-2024-cü illərdə PSJ-də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Dekabr 20:00 Çək və bizə göndər!