Premyer Liqa klubuna keçir? – İtaliyalı qapıçı

22 İyul 2024 21:40 Fransa 1 873
Premyer Liqa klubuna keçir? – İtaliyalı qapıçı

PSJ-nin qapıçısı Canluici Donnarumma komandadan ayrılaraq, karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” italiyalı futbolçunun transferində maraqlıdır.

Komandanın baş məşqçisi Pep Qvardiola Donnarummanı Ederson Moraesin əvəzləyicisi kimi nəzərdən keçirir. Braziliyalı qolkiper yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı çempionatına keçə bilər.

Donnarummanın parislilərlə 2026-cı ilin iyun ayının sonuna qədər müqavilə öhdəlikləri var.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il