Millinin iki oyunçusunu "xəsislik”də ittiham etdi

21 İyul 2024 10:15 Fransa 1 398
Millinin iki oyunçusunu

Argentinalı mütəxəssis Xorxe Sampaoli Fransa millisinin futbolçuları Osman Dembele və Kilian Mbappe haqqında tənqidi fikirlər səsləndirib.

Sportinfo.az RMC Sport-a istinadən xəbər verir ki, o, Fransa millisinin oyunçularının matçlar zamanı tamaşaçı kimi olduqlarını bildirib:

“Fransa millisinin oyunçuları matçlar zamanı tamaşaçı kimidirlər. Dembelenin “autizm”li olduğunu bilirlər.

O, özü epizodu başlayır və özü bitirir. Komanda yoldaşlarının heç birinə ötürmə etmir. Kilian Mbappe də bəzən eyni şeyi edir”.

Fransa yığması 2024-cü il Avropa çempionatında İspaniya millisinə 1:2 hesabı ilə məğlub olaraq, yarımfinalda mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti